Lokomotiv MMC, 2003-cü ildə təsis edilmişdir. Hal-hazırda əsas fəaliyyətimiz ixtisaslaşmış topdansatış olan şirkətimiz, minik, yük nəqliyyat vasitələri üçün müxtəlif təyinatlı təkərlərlə yerli istehlakçıları təmin etməkdədir. Bundan başqa şirkətimiz, sənaye, inşaat sektorunda işləyən xüsusi texnika, ağır vasitə, liman və müxtəlif yükləyicilər üçün pnevmatik, dolqu, ekoloji təkərlərlə, geniş çeşiddə, mövcud bazarın sorğularını cavablandırmaqdadır.
