Lokomotiv MMC, 2003-cü ildə təsis edilmişdir. Hal-hazırda əsas fəaliyyətimiz ixtisaslaşmış topdansatış olan şirkətimiz, minik, yük nəqliyyat vasitələri üçün müxtəlif təyinatlı təkərlərlə yerli istehlakçıları təmin etməkdədir. Bundan başqa şirkətimiz, sənaye, inşaat sektorunda işləyən xüsusi texnika, ağır vasitə, liman və müxtəlif yükləyicilər üçün pnevmatik, dolqu, ekoloji təkərlərlə, geniş çeşiddə, mövcud bazarın sorğularını cavablandırmaqdadır.
Aşağıdakı markaların məhsullarının şirkətimiz rəsmi olaraq təmsil etməkdədir
- Sailun Tires – minik və yük avtomobilləri üçün təkərlər
- Camso/ Solideal - sənaye, inşaat, ağır vasitələr üçün təkərlər
- Ascenso Tires - sənaye, inşaat, ağır vasitələr üçün təkərlər
- Galaxy Tires - sənaye, inşaat, ağır vasitələr üçün təkərlər
- Atire – sənaye maşınları üçün dolqu təkərləri
- Continental Tyres - sənaye, inşaat, ağır vasitələr üçün təkərlər
- Apollo Tires – yük nəqliyyat vastiləri üçün təkərlər
Bundan başqa şirkətimiz İsuzu, İveco, Hyundai və Mitsubishi yük avtomobili və avtobuslar üçün ehtiyat hissələri təmin etməkdədir.
Biz sadəcə məhsul satmırıq, hərəkətə, inkişafa və təhlükəsizliyə yol açırıq. SİZə lazım olan təkər, ehtiyat hissəsi və peşəkar məsləhət – hamısı bir ünvanda: Lokomotiv MMC-də!
Yolun harada bitdiyindən asılı olmayaraq, biz oradayıq: şəhər küçələrində, tikinti meydanlarında, ağır sənaye zonalarında. Sürət, güc və etibar axtarırsansa, doğru ünvandasan – çünki Lokomotiv MMC ilə yol həmişə açıqdır!